Biz sizə helpdesk xidmətini təklif edirik. Nədir bu helpdesk?
Ofisinizdə, evinizdə kompüterlər və onlara bağlı cihazlarda (printerlər, routerlər, paylayıcılar və s.) hər hansı problemlərlə qarşılaşdığınız zaman helpdesk mütəxəssisi sizin köməyinizə çatır.
Adətən, yeni aldığınız kompüterlər və ya başqa cihazlar bir müddət keçdikdən sonra istədiyiniz performansı göstərmir. Əməliyyat pəncərəsi əvvəlkinə nisbətən daha gec sönür və ya daha gec açılır, qida bloku işləyərkən xoşagəlməyən gurultulu səslər olur, qeyri müəyyən səbəblərdən ekranda xətalar olur, kompüteriniz şəbəkəyə normal qoşulmur, digər cihazlar internet şəbəkəsindən yüksək sürətli internet alabildiyi halda sizin cihazınız o sürəti ala bilmir, printer cihazı şəbəkəyə qoşulmur, eyni anda iki və daha çox cihazın printerə çap sifarişi verdiyi anda donmalar olur, istədiyiniz məkandan öz cihazınızla ofisinizdəki printerə çap sifarişi vermək istəyirsiniz amma xətalarla qarşılaşırsınız, daxili şəbəkədə bütün cihazlar bir-birləri ilə normal məlumat transferi edə bilmir. Təbiiki bu problemləri saymaqla bitməz. Qarşılaşılan bu problemlərin nəticəsində eviniz və ya ofisinizdə də işlər əvvəlki kimi getmir və istər mənəvi istərsə də maddi baxımdan mənfi təsiri olur. Yuxarıda saydığımız və ya saymadığımız problemləri həll etmək üçün ayrılacaq vəsaitin qeyri müəyyən olması çox vaxt müştəriləri qorxudur.
IT GLOBAL olaraq biz sizə helpdesk xidməti təklif edirik. İlk növbədə pulsuz konsultasiyadan yararlana bilərsiniz. Bunun üçün əlaqə vasitələrimizin hər hansı birindən istifadə edərək bizimlə əlaqə saxlamağınız kifayətdir. siz yaranmış hər hansı problemə görə bizimlə əlaqə saxladıqdan sonra ilk növbədə biz sizə poblemi təyin etmək üçün tam ödənişsiz ilkin baxış servisi təklif edirik. problem təyin olunduqdan sonra isə problemin həlli yolları sizə izah edilir və peşəkar mütəxəssislərimiz problemi həll edir.
Unutmayın!
-Bəzən gözünüzə böyük görünən bu problemlərin çox sadə, ucuz, və qısa zamanda həll olunan yolları var. Sadəcə düzgün seçim etməyiniz vacibdir.